Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Məşhur dini sektanın liderləri edam edildi

Məşhur dini sektanın liderləri edam edildi

Yaponiyada Aum Sinrikyo dini sektasının keçmiş lideri Syoko Asaxaru edam edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı NHK televiziyası yayıb. Televiziya Asaxarunun asılaraq edam edildiyini bildirib.

Asaxaru edamından öncə Tokiodakı həbsxanalardan birində saxlanılıb. Onunla bərabər 10 nəfər ölüm hökmünə məhkum edilib. Edam edilənlər arasında dini sektanın digər nüfuzlu şəxsləri Kiyoxide Xayakava, Tomomasa Nakaqava və Yosixiro İnouedə yer alıb.

Qeyd edək ki, Aum Sinrikyo 1987-ci ildə yaradılıb. Dini sektanın üzvlərinin sayı müxtəlif dövrlərdə 50 min nəfərə qədər çatıb. Təşkilat əvvəllər məşhurluq qazansa da, sonradan törətdiyi cinayətlər və teraktlara görə hökumətin hücumlarına məruz qalaraq öz gücünü itirib.

Aum Sinrikyo hazırda Əlif adıyla fəaliyyətini davam etdirir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …