Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Mənzilimin qapısına kəsilmiş donuz başı atılıb” – Baş redaktoru hədələyirlər

“Mənzilimin qapısına kəsilmiş donuz başı atılıb” – Baş redaktoru hədələyirlər

Rusiyada hakimiyyətin qapatdığı “Exo Moskvı” radiostansiyasının baş redaktorunun mənzilinin qapısına kəsilmiş donuz başı atılıb. 

Əslən yəhudi olan Aleksey Venediktov mənzilinin kandarına atılmış donuz başının fotosunu “Telegram”da yerləşdirib və yazıb: “Bu, faşizmi məğlub etmiş ölkəmdə baş verir. Niyə mənzilimin qapısına altıguşəli David ulduzu çəkilməyib?”.

Naməlum vandallar mənzilin qapısına Ukrayna tridentinin üstünə qırmızı hərflərlə “Judensau” (yəhudi donuzu) sözlərinə yazılmış stiker yapışdırıb, donuzun başını isə qıvrım ağ saçlı parikin içində qoyublar. Görünür, bununla Venediktovun saç düzümünə işarə ediblər.

Xatırladaq ki, Rusiyanın aparıcı media orqanlarından olan “Exo Moskvı”nın efiri martın 1-də kəsilib. Baş Prokurorluq “Exo Moskvı”nın “ekstremist fəaliyyətə, zorakılığa çağırış, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı haqda məqsədli saxta informasiya” yaydığını bildirib. AzPolitika.info

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …