Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Mən hindistanlılara nifrət edirəm, dövşan kimi doğub törəyirlər” – İngilis hayasızlığı…

“Mən hindistanlılara nifrət edirəm, dövşan kimi doğub törəyirlər” – İngilis hayasızlığı…

Britaniya imperiyasının Hindistanda törətdiyi vəhşiliklər haqqında Azərbaycanda çoxları xəbərsizdir. Elə o xəbərsizlər üçün yazıram…
1919-cü ildə ingilislər Hindistanda əkib-biçilmiş milyonlarla ton taxılı gəmilərə doldurub Britaniyaya göndərdilər. Aclıq ölkəni bürdü. Buna baxmayaraq ingilislər Hindistanda taxılı zorla toparlayıb öz ölkələrinə aparırdılar. O vaxt aclıqdan 12-29 milyon arası insan öldü…
Oxşar hadisə 1943-cü ildə Banqladeşdə yaşandı. 4 milyon nəfər dünyasın dəyişdi. O vaxt ac insanların son azuqələrini əlindən alan ingilislər ərzağı Britaniya ordusuna və Yunanıstana göndərirdilər…
Bu faciə ilə bağlı suala baş nazir Uinston Çörçill belə cavab vermişdi: “Mən hindistanlılara nifrət edirəm. (o vaxt Banqaladeş Hindistanın tərkibində idi. E.H) Onlar vəhşidir, dinləri də vəhşilikdən doğub. Aclıq isə onların öz günahıdır. Dövşan kimi doğub törəyirlər. “
Britaniyanın tarixi onlarla bu kimi dəhşətli faktlarlarla zəngindir. Buna baxmayaraq, ingilislər və onların törəməsi olan amerikalılar türkləri erməni soyqırımı törətməkdə ittiham edirlər…
İngilis hayasızlığı belə bir şey…
Elbəyi Həsənli, 
İsveçrədə yaşayan tanınmış jurnalist

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …