Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Mənə Qazaxıstanı tərk etməyi məsləhət görürdülər” – Tokayev

“Mənə Qazaxıstanı tərk etməyi məsləhət görürdülər” – Tokayev

“Mənə yanvar hadisələri zamanı Qazaxıstanı tərk etməyi məsləhət görürdülər”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

O, bu ilin yanvarında Qazaxıstanın bir sıra şəhərlərində təbii qazın və gündəlik tələbat mallarının qiymətinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları zaman ölkə paytaxtı Nur-Sultanda olduğunu qeyd edən Prezident Tokayev bunları da vurğulayıb: “Yanvar hadisələri zamanı prezident iqamətgahında olmuşam. Bundan başqa, burada gecələmişəm. Bəzi “yoldaşlar” mənə helikopterə və ya təyyarəryə minib Qazaxıstanı tərk etməyi də məsləhə gördülər. Təbii ki, bunu heç planlaşdırmamışdım və hesab edirdim ki, axıradək burada qalmalıyam”.

Qeyd edək ki, bu, müsahibədən bir hissədir. Material gün ərzində telekanalda yayımlanacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …