Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Məmurun Naftalanda “şokolad vannası”ndan fotosu – Tənqid edildi

Məmurun Naftalanda “şokolad vannası”ndan fotosu – Tənqid edildi

Rusiyanın Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o, Naftalandakı beşulduzlu otellərin birində müalicə məqsədli şokalad rəngində maye ilə dolu vannadan çəkdirdiyi “selfie”ni instaqram hesabında paylaşaraq “Çox şokolad olmur” şərhini yazıb. Məmurun bu paylaşımı əksər izləyici tərəfindən tənqid olunub.

Baş vermiş qalmaqal fonunda Ulyanovsk qubernatoru Sergey Morozov açıqlama verib. O, Openışeva barəsində xidməti araşdırma aparmağa dair tapşırıq verdiyini, onun lüks həyatı nümayiş etdirdiyinə görə işdən çıxarıla biləcəyini bəyan edib.

“İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Daha təvazökar olmaq lazımdır. Öz maddi imkanlarını belə nümayiş etdirmək düzgün deyil”, – deyə qubernator bildirib.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …