Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Məktəbdəki öpüş ərəb dünyasında qalmaqal yaratdı

Məktəbdəki öpüş ərəb dünyasında qalmaqal yaratdı

“Netflix” platformasının çəkdiyi ilk ərəb serialı qalmaqala səbəb olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İordaniyada lentə alınan “Jinn” adlı ekran işindəki açıq-saçıq səhnələr ərəb dünyasının gündəmini zəbt edib. 

Tarixi şəhər Petrada şagirdlərin macəralarından bəhs edilən serialda Salma Milhisin məktəbdə iki nəfərlə öpüşməsi tənqidlə nəitcələnib. Hətta, ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayaraq ekran işinin yayımının dayandırılmasını tələb edib. 

Cəmi 5 seriya ilə tamaşaçı qarşısına çıxan layihə barədə İordaniya Media Komissiyası da açıqlama verib. Onlar serialın bloklanmasının mümkün olmadığını, qadağaların yalnız televiziya və kinoteatrlarda tətbiq edildiyini vurğulayıb. 

Müzakirələrdən sonra “Netflix”in Orta Şərq departamenti tərəfindən açıqlama yayılıb. Şirkət tvitter hesabında “təhdid dalğası”na məruz qaldıqlarını bildirib. Onlar mühafizəkar vətəndaşların istəyini həyata keçirməyəcəklərini qeyd ediblər.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …