Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Məktəbdə təsadüfən keçirilən kinoloji sərgi azyaşlı narkomanları üzə çıxardı

Məktəbdə təsadüfən keçirilən kinoloji sərgi azyaşlı narkomanları üzə çıxardı

İspaniyanın Marbelya şəhərində polislər üç yeniyetmədə narkotik tapılandan sonra istintaqa başlayıblar.

Bu barədə İspaniyanın “20 minutos” qəzeti xəbər yayıb.

Bildirilir ki, məktəblərin birində kinoloji sərgi keçirilirmiş. Xüsusi bölmə ilə tanışlığın öncə meydançada keçirilməsi nəzərdə tutulub, lakin külək və yağış səbəbindən tədbir təhsil müəssisəsində keçirilib.

Nümayiş zamanı heyvanlar narkotik iyi hiss ediblər. Araşdırma zamanı 14-15 yaşlı üç məktəblidə narkotik aşkarlanıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …