Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu (FOTOLAR)

“İnterpol” tərəfindən qırmızı bülletenlə axtarılan bolqar mafiya lideri Dimitar Zelyazkov sevgilisi və 6 adamı ilə birlikdə İstanbulda həbs edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, cinayətkar lider İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən Bakırköy ərazisində yerləşən oteldə həbs edilib.
Polis şöbəsinə aparılan qrupun rəhbəri Zelyazkov həbsxanaya göndərilib, digər 6 nəfər Bolqarıstana deportasiya edilib və dərhal bolqar polisi tərəfindən həbs edilib. Mafiya tərkibinə daxil olan türk əsilli digər şəxs isə azadlığa buraxılıb.
Bolqarıstanın Zelyazkovun ekstradisiyasını tələb etməsi gözlənilir.
Zdrave universal kremi zdrave forte