Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Məşhur azərbaycanlı bloger sürücülük hüququndan məhrum edildi

Məşhur azərbaycanlı bloger sürücülük hüququndan məhrum edildi

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Moskva məhkəməsinin qərarı ilə üç ay müddətində sürücülük hüququndan məhrum edilib.

Azvision.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, buna səbəb avtomobilinin nömrəsini gizlətməsi olub.

“Hüseynxan Həsənxanov Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12-ci hissəsinin 2-ci müddəasında (nəqliyyat vasitəsini nömrəsiz idarə etmək və ya onları gizlətmək üçün cihazlardan istifadə etmək) nəzərdə tutulmuş inzibati xətada günahkar bilinir. Ona üç ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə haqqında inzibati cəza təyin edilib”, – deyə məlumatda bildirilib.

Həsənov tanınmış blogerdir, “YouTube”dakı kanalında 1,36 milyon insan, “İnstaqram”da isə 14 milyon izləyicisi var. Onun “Mercedes-Benz” markalı avtomobilində bir düyməni basmaqla qeydiyyat nişanlarını gizlətməyə imkan verən sistem aşkarlanıb.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …