Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Məscid qarşısında erotik rəqs edən qadınlar həbs edildi və… -Foto+Video

Məscid qarşısında erotik rəqs edən qadınlar həbs edildi və… -Foto+Video

Malayziya məscidlərindən birinin rəhbərliyi  ibadətgah önündə açıq-saçıq rəqslərlə bağlı olaydan sonra İslam məbədini turistlərin üzünə qapadıb.

Moderator.az yazır ki, bu haqda “Fox News” xəbər yayıb.  Söhbət Sabah ştatının paytaxtı Kota-Kinabalu şəhərində yerləşən qədim bir müsəlman ibadətgahından gedir.  İndi qeyri-müsəlman səyahətçilər onun qarşısında yarıçılpaq şəkildə rəqs etmiş iki əcnəbi qadının günahı ucbatından şəhərin ən görməli  məkanlarından biri olan bu məscidin gözəlliyindən zövq ala bilməyəcəklər. İnternetdə yayılan təxribatçı video-görüntülər  populyarlıq qazanıb və möminlər arasında qəzəbli reaksiyaya səbəb olub. Ölkənin hakimiyyət orqanları həm video qəhrəmanlarını, həm də turistlərin operatorlarını hesaba çəkməyə qərar verib.

“The Star” nəşrinin yaydığı növbəti xəbərə görə, artıq Malayziyada məscid önündə  erotik  rəqs edən əcnəbi turist qadınların taleyi məlum olub. Polis  əxlaq normalarını pozanların şəxsiyyətini müəyyən edib.  Onlar çinli qadınlar 37 yaşlı Uan Xan və 25 yaşlı Çan Hadır. Onlar qaldıqları oteldə yaxalanıblar.
Çinli qadınlar məhkəmədən  əfv diləyib və hakim onların istəklərini qəbul edib.  Qadınlar simvolik olaraq 25 rinqqit cərimələnib. Əcnəbi qadınlar cərimələri ödədikdən  sonra vətənlərinə yola salınıblar.

 

 

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …