Cümə , Oktyabr 18 2019
Ana səhifə / Dünya / Mərhum deputatın oğlundan Adnan Oktarla bağlı dəhşətli açıqlama: “Anamı tələyə saldılar və…”

Mərhum deputatın oğlundan Adnan Oktarla bağlı dəhşətli açıqlama: “Anamı tələyə saldılar və…”

“Anamı tələyə saldı, bütün evlərimizi, maşınlarımızı satdırdı, təqaüdümüzə, yetim maaşımıza əl qoydu…”

Adnan Oktarla bağlı qalmaqallı ifadələr davam edir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş DYP-çi millət vəkili olan professor Tevfik Ertüzün oğlu “Atam ölən kimi Oktar anamı aldadıb, cinayətkar qruplaşmaya daxil etdi. Atamdan qalan evlərin, 816 min TL mirasın və bağlanan yetim mirasının üstünə çökdü” deyə ilginc açıqlamalar verib.

EVLƏR, MAŞINLAR, YETİM AYLIĞI…

Hər yeni gün ortaya çıxan ifadələr bu cinayətkar qruplaşmanın başqa yönlərini də ifşa edir. Millət vəkilinin oğlu aşağıdakıları deyib: “DYP-nin Zonquldak millət vəkili olan atam, professor Tevfik Ertüz 1998-ci ilin yanvar ayında vəfat etdi. Adnan Oktarın adamları olan dayım və xalalarımın israrlarından sonra anam da bu qruplaşmaya qatıldı.

Saxtakar təşkilat öncə anama atamdan miras qalan daşınmaz əmlaklardan istifadə etməyə başladı. Beykozdakı bağ evi və Bağdat Caddəsindəki evimiz cinayətkar qrupun əməliyyat məkanı olaraq istifadə edildi. Kadıköydəki evimizə 1999-cu ildə cinayətkarlığa qarşı mübarizə idarəsindən basqın təşkil edildi. Evdən çıxan qrup üzvləri saxlanıldı və qrupun pul kassasına əl qoyuldu. Daha sonra Adnan Oktar anama 2 lüks maşın aldırdı. Bunlardan biri zirehləndirildi və qrupun istifadəsinə verildi.

2000-ci ilin avqust ayında Adnan Oktarın türmədən çıxmasından sonra atamdan qalan daşınmaz əmlakların cinayətkar qruplaşma üçün satış prosesi başladı. Beykozdakı lüks bağ evi, Beykoz Çubuklu və Maltəpədəki 2 lüks mənzil, Ankaradakı torpaq sahəsi və Çeşmədəki villa cinayətkar qrupun balansına keçirildi.

Mənə və qardaşıma miras qalan böyük miqdarda pul, bu günkü pulla 1 milyon TL məbləğində olan səhm sənədləri, atamın maşını və Bakırköydə yerləşən mənzil biz 18 yaşına gəlmədən Adnan Oktarın əmriylə anam tərəfindən satılaraq pulu cinayətkar qruplaşmaya verildi. Yenə dövlət tərəfindən bizə təsis edilən atamın müəllimlik təqaüdü və millət vəkilliyindən qaynaqlanan yetim və dul maaşları da birbaşa bu cinayətkar qrupa dövr edildi. Adnan Oktar mənə “Atanda da nə qədər mal var imiş. Ye, ye, bitmədi” demişdi.

Aparılan araşdırmanın nəticələrinə görə, uğradığım zərər aşağıdakı kimidir: Atamdan qalan mirasın mənə aid qismi olan 816 min 447 TL, 10 illik yetim aylığı, Sarıyer Uyum Yapı Kooperatifindəki 3/8’lük hissəm və 5 daşınmaz əmlak”.

ADNAN OKTARIN VİLLASINDA AYAQ İŞLƏRİNİ GÖRDÜM

“2003-cü ildə Adnan Oktarın yaşadığı Kandillidəki villanın ayaq işlərini görmək üçün məni villaya gətirdilər. Qonaq otağının təmizliyini və alış-veriş işlərini gördüm. Daim təzyiqə və psixoloji işgəncəyə məruz qaldım. Bir çox şeyi yeməmiz Adnan Oktar tərəfindən qadağan olunduğu üçün az qidalanmaqdan səhhətim pozuldu. Qəbul olunduğum İstanbul Universitetinə getməyimə də Adnan Oktar mane oldu. Adnan Oktar əsgərliyə getməyimə də hansısa yolla mane oldu”.

Həmçinin oxuyun

ABŞ Maduronun Bakıya gəlməsini istəmir-reaksiyalar

Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək. Təşkilatın miqyası, …