Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Dünya / “Məni öldürməyincə başqa seçkilər olmayacaq” – Lukaşenko

“Məni öldürməyincə başqa seçkilər olmayacaq” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.

“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, – deyə Lukaşenko qeyd edib.

O, hakimiyyəti küçə etirazları ilə deyil, konstitusiya prosesi ilə yenidən bölüşdürməyə çağırıb.

“Ədalətsiz seçkilərdən danışırsınız və ədalətli seçkilər keçirmək istəyirsiniz? Mən bu suala cavab verirəm. Seçkiləri keçirdik. Məni öldürməyincə başqa seçkilər olmayacaq”,-deyə Lukaşenko bildirib.

Həmçinin oxuyun

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib. Azvision.az “RİA Novosti”yə istinadən …