Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Dünya / Məmur xanım ona bağışlanan “Porsche”dən imtina etdi

Məmur xanım ona bağışlanan “Porsche”dən imtina etdi

Rusiya KİV-ləri xəbər verir ki, Tatarıstan İnvestisiya İnkişaf Agentliyinin rəhbəri Taliya Minullina, 8 Martda ona təqdim edilən Porsche avtomobilindən imtina edib.
“Bəli, hədiyyə etdilər. Amma mən almadım “, – Minullina bildirib. O, imtina etməsinin səbəbini çox saylı ezamiyyətləri ilə izah edib və əlavə edib ki, hazırda bu, iqtisadi cəhətdən məqsədəuyğun deyil.Məmur xanım vurğulayıb ki, ona hədiyyə verən pərəstişkarına məsləhət görüb ki, hədiyyə olunan maşını satıb Tatarıstana investisiya etməsi daha yaxşı olar. “Bu, mənim üçün ən yaxşı hədiyyə olar”-  qadın deyib.
Hədiyyə haqqında İlk dəfə olaraq Minullina respublika hökümətində təmsil olunan qadınları 8 mart münasibətilə təbrik etməyə dəvət edən teleaparıcı Leonid Yakuboviçə danışıb. (Moderator.az)

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …