Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / Məkkədə haram qəbul edən ata 3 QIZININ BAŞINI KƏSDİ…

Məkkədə haram qəbul edən ata 3 QIZININ BAŞINI KƏSDİ…

Səudiyyə Ərəbistanında yerli bir sakinin Allahın Qurani-Kərimdəki buyruqlarına, İslam qanunlarına əməl etməməsi  üç azyaşlı uşağın  həyatını itirməsi ilə nəticələnən dəhşətli faciəyə səbəb olub.
Moderator.az bildirir ki, bu haqda ingilisdilli yerli  “GulfNews” nəşri xəbər yayıb.
33 yaşlı Məkkə sakini, narkotik maddələrin təsiriylə  3 və 6 yaş arasındakı üç qızının başını kəsib. Bütün bunlar  özü də bıçaq yaralarına məruz qalmış  ananın  gözü qarşısında baş verib. Qadın sağ qalıb və xəstəxanaya yerləşdirilib. Ancaq faciə anada ağır sinir böhranı yaradıb.
Qatil evdən qışqırtı səsləri eşidən qonşularından birinin polisə zəng etməsindən  sonra  həbs edilib. Polis gəlincə qatil ata evdən çıxıb ən yaxın mağazaya gedib və sonra fasiləsiz olaraq şüşədən  su içərək küçədə gəzməyə başlayıb. Görünür, qəbul etdiyi narkotik   ağlını  o dərəcədə  aparıb ki,  nə etdiyinin fərqində olmayıb.
Bu zaman qonşu ona yaxınlaşıb evində nə  baş verdiyini soruşub. Üzdəniraq ata qonşusunu evə daxil olaraq “hər şeyin qaydasında olduğuna  əmin olduğunu görməyə” dəvət edib. Digər şahidlərlə birlikdə qonşu evə girib və qan gölü içində olan qızcığazları görüb.
Polis cinayət törətmiş məxluqun bir neçə gün yatmadığını və narkotik qəbul etdiyini aşkarlayıb.
Bildiyiniz kimi, beyni dumanlandıran hər hansı  spirt,  narkotik və ya digər maddənin qəbulu Allah buyruqlarına, Quran ayələrinə uyğun olaraq İslam şəriəti tərəfindən qadağan edilir. Çünki həmin maddələrin təsiri altında olan bir şəxs insan simasını itirərək nəticəsi bilinməyən hərəkətlər edə bilər.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …