Cümə , Sentyabr 24 2021
Ana səhifə / Dünya / “Məcburi vaksinasiyaya qarşıyam” – Putin

“Məcburi vaksinasiyaya qarşıyam” – Putin

“Məcburi vaksinasiya tətbiqinə qarşıyam və bunun ölkəmizdə tətbiq edilməsi məqsədəmüvafiq deyil”.

Yenisabah.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bəziləri bütün vətəndaşların məcburi olaraq peyvəndlənməsi ilə bağlı fikirlər səsləndirir. Bəziləri də müəyyən sahələrdə işləyənlərin məcburi olaraq vaksinasiyadan keçirilməsinin tərəfdarıdır.

Bununla bağlı mövqeyimi bir daha ifadə etmək istəyirəm. Məncə, məcburi vaksinasiya məqsədəuyğun deyil”, – dövlət başçısı bildirib.

O vurğulayıb ki, vətəndaşlar bu ehtiyacın fərqinə varmalıdırlar:

“İnsanlar peyvənd vurdurmadıqları halda, çox ciddi və hətta ölümcül bir təhlükə ilə qarşı-qarşıya qala biləcəklərini anlamalıdırlar. Bu vəziyyət yuxarı yaşlı şəxslər üçün də keçərlidir”./Qafqazinfo

Həmçinin oxuyun

Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin…”

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli …