Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Lukaşenkonun nəvəsinin toyu oldu – FOTO

Lukaşenkonun nəvəsinin toyu oldu – FOTO

Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük nəvəsi Viktoriya ailə həyatı qurub.

Bu barədə “Pul Pervoqo” “Telegram” kanalı xəbər yayıb.

“Siz hekayənizi yazırsınız. Gözəl, səmimi, qohumlarınızın və ən yaxınlarınızın əhatəsində”, – deyə kanal dövlət başçısının böyük nəvəsi Viktoriyanı və bəyi təbrik edərkən dediyi sözlərini çatdırıb.

O da vurğulanıb ki, toya cəmi 70 nəfər dəvət olunub.

Qeyd edək ki, Viktoriya Belarus Milli Olimpiya Komitəsinə rəhbərlik edən Viktor Lukaşenkonun böyük qızıdır. Ümumilikdə, Lukaşenkonun üç oğlu və yeddi nəvəsi var.

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …