Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Lukaşenko Rusiyaya daha “qardaş ölkə” deməyəcək

Lukaşenko Rusiyaya daha “qardaş ölkə” deməyəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya “qardaş ölkə” deməkdən imtina edib.

Bu haqda BelTa agentliyi informasiya yayıb.

Prezidentin sözlərinə görə, Rusiyada artıq Belarusla münasibətləri qardaşcasına hesab etmirlər.

A.Lukaşenko Rusiya ilə əməkdaşlıq məsələlərinə həsr edilən yığıncaqda deyib: “Mən də Rusiyaya qardaş ölkə demirəm, çünki mənə verilən məlumata görə, Rusiyada bu kəlməni artıq qəbul etmirlər. Guya orda yeni insanlar gəlib və bu ifadələri həzm edə bilmirlər. Neyləyək, belə olan halda tərəfdaş kimi qalarıq”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …