Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Dünya / Lukaşenko Avropa liderlərini “ağılsızlar” adlandırdı

Lukaşenko Avropa liderlərini “ağılsızlar” adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında odun doğrama çempionatının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən Avropa liderlərini “ağılsızlar” adlandırıb.

“Amerikalılara qitəyə əlavə nüvə silahı gətirməyə icazə verənləri liderlər adlandırmaq olarmı? Onlar ağılsızlardır”, – deyə Lukaşenko bildirib.

O qeyd edib ki, Avropa ölkələrinin vətəndaşları müharibə istəmirlər.

“Onlar başa düşürlər ki, bu gün Ukraynada hərbi əməliyyatlar gedir. Eyni zamanda Belarusu da bu işə qatmağa çalışırlar. Sabah isə müharibə alovu bütün Avropaya yayılacaq”, – deyə Belarus dövlət başçısı izah edib.//Oxu.az

Həmçinin oxuyun

“Arvadları rus hərbçilərinə deyirlər ki…” – Zelenskayadan şok iddia

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Münaqişələrdə seksual zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən, belə …