Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Lujkovun ölüm səbəbi dəqiqləşdi – Video

Lujkovun ölüm səbəbi dəqiqləşdi – Video

Moskvanın eks-meri Yuri Lujkovun ölümünə səbəb infarkt olub. “Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, bunu siyasətçinin müalicə olunduğu Münhenin “Qrosshadern” klinikasının baş həkimi Karl-Valter Yaux açıqlayıb.

Yauxun sözlərinə görə, Lujkovun ürək xəstəliyi olub və onu təcili şəkildə xəstəxanaya çatdırıblar, müayinə ediblər. Müayinə onun bütün vacib damarlarının bağlı olduğunu göstərib. Həkimin sözlərinə görə, onları kateter vaitəsilə açıblar və bundan sonra Lujkovun vəziyyəti yaxşılaşıb, amma tezliklə onda ürəyin koronar damarlarından qanaxma müşahidə olunub. Bir qədər sonra ürək dayanıb.

“O, infarkt keçirmişdi və özünü pis hiss edirdi”, – tibb işçisi əlavə edib.

Daha əvvəl “Baza” teleqram-kanalı Y. Lujkovun əməliyyatdan bir gün sonra vəfat etdiyini bildirmişdi. Onun ürək əməliyyatından sonra anesteziyadan ayılmadığı qeyd olunmuşdu. 

Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

Həmçinin oxuyun

Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

AzTV-nin əməkdaşı, tanınmış tele-jurnalist Elnar Məmmədli müəllifi və aparıcısı olduğu “Hədəf” verilişində Fransa Senatının üzvü …