Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / Londonun ortasında Anadolu mətbəxi – VİDEO

Londonun ortasında Anadolu mətbəxi – VİDEO

Bir balaca uşaq anasının qolundan çəkişdirə çəkişdirə lahmacun və ayran satılan yerə aparır, digər tərəfdə insanlar yerdə açdıqları balaca süfrənin yanında oturub dönərlərindən yeyirlər. Birdən mehtər marşı çalmağa başlayır və hamı ayağa durub marşı çalan “Mehteran takımı”nı (Osmanlı hərbi orkesti) daha yaxından görmək üçün əllərində telefonlarla, qabağa keçməyə çalışırlar.

Bura Londonun “Klissold” (Clissold) parkıdır və hər il burada ‘’Anadolu  festivalı’’ adlı törən düzənlənir. Festivalın keçirildiyi park türklərin Londonda sıx məskunlaşdığı “Stoke Nyuinqton” (Stoke Newington) ərazisinə yaxındır.  Ətrafda hamı türkcə danışır, ailələr bir birləriylə tanış olur; sentyabrın sonu olmasına baxmayaraq, havanın istliyi insanların şən səsinə qarışıb. Nə də olsa yad bir ölkədə eyni millətin bir araya gəlməsi başqa bir abı-hava yaradır.

Digər bir tərəfdə qurulan bölümdə isə türk mebel, hüquq, turizm firmaları gələn qonaqlara öz firmaları haqqında məlumat verirlər.

Onların yanında orta yaşlı bir kişi “kaliqrafiya” (yazma sənəti) nümayiş etdiri. Danışığımız zaman öyrənirəm ki, o, həm də Londondakı Süleymaniyyə məscidində imamlıq edir. İmamdan bu sənəti dərs kimi öyrədib  – öyrətmədiyi ilə maraqlanıram: “Bəlkə gələcəkdə dərs də verə bilərəm. Ancaq hazırda özüm həvəskar olaraq məşğul oluram”, deyə, cavab verir.

Onun tam yanında isə Türkiyəyə aid suvenirlər satılır.

2 paunda lahmacun, 3 paunda “künəfə”

Festivalda ən çox rəğbət görən yeməklərdən biri də heç şübhəsiz ki, lahmacundur. Londonun mərkəzindəki türk restoranları ilə müqayisədə burada qiyməti çox ucuz olan lahmacun üçün uzun bir növbə var. Ayran 1 paunda, lahmacun, gözləmə (kətə) iki, dönər 6, bir dilim künəfə isə 3 paunda satılır.

Festival ərazisinin bir küncündə isə uşaqların əylənməsi üçün balaca lunapark qurulub. İndi sizə festivaldan çəkilmiş videonu təqdim edirik.

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …