Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Londonda narkotikdən ölən 17 yaşlı Katya milyarderin qızı, nazirin nəvəsidir

Londonda narkotikdən ölən 17 yaşlı Katya milyarderin qızı, nazirin nəvəsidir

Ötən gün Londonda yaşadığı mənzildə meyiti tapılan 17 yaşlı rusiyalı skripkaçı Yekatrina Tsukanova milyarderin qızı, nazirin isə nəvəsidir.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qızın ailəsi 90-cı illərdə Londona köçüb. Onun atası İqor Tsukanov milyarder və tanınmış mesenatdır, London filarmonik orkestrinin sponsorudur. Anası Natalya isə “Xenon Capital Partners” şirkətini qurub və maliyyə işlərinə rəhbərlik edib. Qızın babası Dağıstanda kənd təsərüfatı naziri olub.

17 yaşlı skripkaçının meyiti Londonun Kensinqton rayonundakı mənzildə aşkarlanıb. Katyanın ölümü haqda jurnalistlərə onun atası məlumat verib. “O, gələcəyini planlaşdırırdı, yataq otağında konsertlərinin qrafiki asılmışdı. Sonra gözəl səhərlərdən birində mən içəri daxil olanda gördüm ki, o ölü halda döşəmədə uzanıb”,-milyarder “The Telegraph”a deyib.

Ailəyə yaxın mənbə qızın narkotik dozasının aşılması nəticəsində ölə biləcəyini mümkün sayır. Polis skripkaçı qızın ölümünün səbəbini müəyyən etmək üçün araşdırmalar aparır.

KİV-lər isə yazır ki, qızın ölümünə “calvin klein” adlı narkotik maddənin dozasının aşılması səbəb ola bilərdi. Katya hələ 13 yaşından məşhurlaşmışdı və Londonda tanınmış skripkaçılarla konsert verirdi.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …