Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Livandan şok açıqlama- Baş nazirimiz Səudiyyə Ərəbistanında zorla saxlanılıb-Video

Livandan şok açıqlama- Baş nazirimiz Səudiyyə Ərəbistanında zorla saxlanılıb-Video

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ölkəsindəki rəqib şahzadələrə, nazirlərə və iş adamlarına yönəlik korrupsiya ilə mübarizə əməliyyatından əvvəl Ər-Riyad ilə çox sıx əlaqələri olan Livanın Baş naziri Saad Haririnin  istefa verməsi diqqəti cəlb etmişdi.
Moderator.az xəbər verir ki, “Reuters” Agentliyinin bu saatlarda yaydığı məlumat hadisələrin bir-biri ilə bağlı olduğu iddiasını daha da gücləndirir. Livanın bir hökumət nümayəndəsi istefa verən Baş nazir Saad Haririnin Səudiyyə Ərəbistanında zorla saxlanıldığına inandıqlarını bildirib.
Hökumət nümayəndəsi Livanın Ərəb ölkələri başda olmaqla, bütün dünya ölkələrindən Baş naziri sərbəst buraxması üçün Səudiyyə Ərəbistanına təzyiq göstərməsini istədiyini vurğulayıb.
Haririnin hələ də Livanın Baş naziri olduğunu bildirən hökumət nümayəndəsi deyib ki, onun Ər-Riyadda saxlanılması Livanın müstəqilliyinə təhdiddir. Onu Beyruta qaytarmaq üçün bütün dünya ölkələri ilə birlikdə çalışacağıq.
Qeyd edək ki, Livanın Baş naziri Saad Haririnin  İranın səlahiyyətli şəxsləri ilə danışıb ölkəsindəki gərgin vəziyyətin aradan qaldırılmasına öz töhfələrini verdiklərinə görə təşəkkür etdikdən bir neçə saat sonra istefa verməsi diqqəti cəlb etmişdi. Baş nazir İranın səlahiyyətli şəxslərinə təşəkkür etdikdən sonra Ər-Riyada getmiş və burada istefa vermişdi. Bu vəziyyət istefa qərarının Baş nazirin öz iradəsi ilə verilmədiyini gündəmə gətirmişdi.
Livan Prezidenti Mişel Avn Baş nazirin istefasını ölkəyə dönənə qədər qəbul etməyəcəyini açıqlamışdı.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Haririnin ölkəni tərk etməkdə sərbəst olduğunu bildirsə də o, Beyruta qayıtmamışdı. İstefa verdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə gedən Hariri sonra yenidən Riyada qayıdıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …