Ana səhifə / Dünya / Levon Ter-Petrosyan: Köçəryan və Sarkisyan hakimiyyəti ələ keçirməyə çalışır

Levon Ter-Petrosyan: Köçəryan və Sarkisyan hakimiyyəti ələ keçirməyə çalışır

“Nikol Paşinyan rejimi nəyin bahasına olursa olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə onu ələ keçirməyə çalışır”. Bunu iLur-a müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Keçmiş dövlət başçısı qeyd edib ki, Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə eyni üsullarlara hakimiyyəti ələ keçirməyə çalışır.

“Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi yeni fəlakətlərdir. Çıxış yolu tapmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür”, – deyə Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, hazırda cəmiyyətin qalan hissəsinin vəziyyətə təsir rıçaqları yoxdur. “Siyasi elm və informasiya sahəsində fəal aktyorlar demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir”, – Ermənistanın eks-prezidenti yekunlaşdırıb.

virtualaz.org

Həmçinin oxuyun

“Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik” – Ukraynalı general

Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib. Bu barədə briqada generalı, …