Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Dünya / Lavrovla Blinken arasında MÜBAHİSƏ: Dinc nümayişçiləri kim atəşə tutub?

Lavrovla Blinken arasında MÜBAHİSƏ: Dinc nümayişçiləri kim atəşə tutub?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə olub.

Publika.az xəbər verir ki, bu barədə şənbə günü “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə şifahi mübahisə baş verib.

Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, o deyib ki, NATO və Avropa İttifaqı qəsdən fərqli fikirləri boğur və Rusiyanı qorxutmağa çalışır.

Amerika Xarici İşlər Nazirliyinin rəhbəri cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, bir daha NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.

Həmçinin oxuyun

“Prezidentin istefası iqtidara sürpriz oldu” – Köçəryan

“Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu”.  Bu barədə erməni deputat, parlamentdə müdafiə …