Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Lavrov:“12 dövlət başçısı Qələbə Paradında iştirakını təsdiqləyib”

Lavrov:“12 dövlət başçısı Qələbə Paradında iştirakını təsdiqləyib”

“12 dövlət başçısı Qələbə Paradında iştirakını təsdiqləyib”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

O, 9 may tarixində keçirilməsi planlaşdırılan parada dəvətnamələrin qüvvədə qalması ilə bağlı dəvət olunanları məlumatlandırdıqlarını qeyd edib: “Artıq 12 dövlət başçısından paradda iştirak edəcəkləri ilə bağlı təsdiq almışıq. Onların əksəriyyəti MDB-yə üzv dövlətlərin başçılarıdır”.

APA

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …