Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Las-Veqası qana bulayan terrorçu ilə bağlı faktlar – 2 şəxsi təyyarə və qumar…

Las-Veqası qana bulayan terrorçu ilə bağlı faktlar – 2 şəxsi təyyarə və qumar…

ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı 58 nəfəri öldürən, 500 nəfəri yaralayan 64 yaşlı ABŞ vətəndaşı Stefen Paddok haqqında məlumatlar ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törətdikdən sonra intihar edən terrorçu barədə yaxınları danışıb.

Onların sözlərinə görə, Paddok qumar həvəskarı olub və tez-tez Las-Veqasdakı qumarxanalara baş çəkib. Bundan başqa, pilot lisenziyası olub. Onun 2 şəxsi təyyarəsinin olduğu da bildirilir.

Paddokun yaxınları onun şübhəli hərəkətlərinə rast gəlmədiklərini, belə bir teraktı törətməsinə çox təəccübləndiklərini deyiblər.

Qeyd edək ki, S.Paddokun evində axtarışlar zamanı İŞİD terror təşkilatı ilə əlaqəsinin olmasına aid heç bir material tapılmayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …