Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Lənkəran sakini qeyri-adi traktor düzəltdi — VİDEO

Lənkəran sakini qeyri-adi traktor düzəltdi — VİDEO

Lənkəranda avtomobil təmiri sexində dəmirçi işləyən usta satın aldığı ikitəkərli motoblok adlandırılan təsərrüfat texnikasına dəyişikliklər edərək, mini traktor düzəldib.

Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür.

25 ildir, avtomobil təmiri sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi “Jiquli” avtomobilinin ehtiyat hissələrindən istifadə edib.

İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.

Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Novruzəli Nobatovun sözlərinə görə, mini traktoru hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Usta texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

Ölkə.Az

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …