“Kürdlərsiz türk, türklərsiz kürd ola bilməz” – Öcalandan tərəfdarlarına çağırış
Demokratik Sol Partiyası (DEM) PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın PKK-nın silahı yerə qoymaq və özünü buraxmaq çağırışının ildönümü münasibətilə yeni müraciətini yayıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.
“Kürdlərsiz türk, türklərsiz kürd ola bilməz. Bu münasibət dialektikası tarixi özünəməxsusluğa malikdir. Cümhuriyyətin qurulması prosesindəki fundamental mətnlər türk və kürd birliyini ifadə edirdi. 27 fevral çağırışımız bu birlik ruhunu dirçəltmək cəhdidir”, - Öcalan bildirib.
O, son iki əsrdə tərsinə çevrilməyə çalışılan qardaşlığın qarşısındakı maneələri aradan qaldırımaq və qardaşlıq qanununun tələblərini yerinə yetirimək istədiklərini qeyd edib.
“Siyasətin yeni bir dövrü və strategiyası başlayır. Zorakılığa əsaslanan siyasət dövrünü bağlamağı və demokratik cəmiyyətə və qanunun aliliyinə əsaslanan bir proses açmağı hədəfləyirik və cəmiyyətin bütün təbəqələrini bu istiqamətdə imkanlar yaratmağa və məsuliyyət daşımağa dəvət edirik”, - Öcalan bildirib.
PKK lideri həmçinin son bir ildə Rəcəb Tayyib Ərdoğanın iradəsini, Dövlət Baxçalının çağırışını, Özgür Özəlin töhfəsini və prosesə müsbət töhfə verən bütün şəxslərin və cəmiyyətlərin səylərini yüksək qiymətləndirdiyini əlavə edib.
Qeyd edək ki, bir il əvvəl 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Onun adından yayılan yazılı müraciətdə “silahı yerə qoymaq” və “özünü buraxmaq” çağırışı yer alıb.