Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Kürdlər Kərkük yaxınlığındakı keçidi boşaltmaqdan imtina etdi

Kürdlər Kərkük yaxınlığındakı keçidi boşaltmaqdan imtina etdi

“Peşmərgə” kürd silahlı dəstələri Bağdadın Kərkük yaxınlığında keçidin boşaldılmasına dair tələbini icra etməkdən imtina edib. APA-nın verdiyi xəbərə görə, rəsmi Bağdad “peşmərgə” qüvvələrindən saat 00.00-dək (Bakı vaxtı ilə 02.00-dək) “Məktəb Xalid” keçidindəki mövqeləri boşaltmağı tələb etmişdi.

Həmin mövqelər aviabaza və bir neçə neft yataqlarını nəzarətdə saxlamağa imkan verir.

Hazırda Kərkük kürdlərin nəzarətindədir.

Qeyd edək ki, İraq parlamentinin spikeri Səlim əl Caburi kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə danışıqlar aparmaq üçün Ərbilə gedib.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib.

Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …