Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Küçə fənərinin təntənəli açılışında rayon başçısı yerli sakinləri təhqir etdi

Küçə fənərinin təntənəli açılışında rayon başçısı yerli sakinləri təhqir etdi

Rusiyanın Tver vilayətində qeyri-adi qalmaqal baş verib.

Virtualaz.org yerli “Karavan+Ya” nəşrinə istinadən xəbər verir ki, regionun Oleninsk rayonunun başçısı Oleq Dubov Xolmets kəndinə gələrək, küçə fənərinin təntənəli açılışında iştirak edib.

O.Dubov qırmızı lenti kəsdikdən sonra yerli sakinlərin iradları ilə üzləşib. Ona bildiriblər ki, nəyə görəsə bu küçə fənəri yolu deyil, yaxınlıqdakı evi işıqlandırır.

Yerli sakinlərin iradlarına təəccüblənmiş rayon başçısı camaatı küçə söyüşləri ilə təhqir edib və bildirib ki, bu məsələni “onların ağlı kəsməz”. Kəndi tərk edərkən Oleq Dubov bundan sonra rayon büdcəsindən həmin kəndə pul ayrılmayacağını deyib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …