Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Dünya / “KTMT qoşunların yanvarın 13-dən çıxmağa başlayır” – Tokayev

“KTMT qoşunların yanvarın 13-dən çıxmağa başlayır” – Tokayev

“KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması cümə axşamı, yanvarın 13-də başlayacaq”.

Rusiya mətbuatı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıda operativ qərargahın iclasında deyib.

“Sabah KTMT-nin sülhməramlı kontingentinin mütəşəkkil çıxarılmasına başlanılır. Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar aparmışam.

Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində gördüyü işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm”,-Tokayev deyib bildirib.

Prezident KTMT missiyasının uğurlu olduğunu qeyd edib.

Həmçinin oxuyun

İranda aksiyada gənc qız öldürüldü – Fotolar + Video

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. “ Azinforum.az ” …