Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / “KTMT hərbçiləri tapşırıqlarını yerinə yetirdikdən sonra Qazaxıstanı tərk edəcəklər” – GENERAL

“KTMT hərbçiləri tapşırıqlarını yerinə yetirdikdən sonra Qazaxıstanı tərk edəcəklər” – GENERAL

KTMT-nin hərbi kontingentinin Qazaxıstandan çıxarılması tapşırıqlar yerinə yetirildikdən sonra, Qazaxıstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində və Rusiya hərbi aviasiyasının cəlb edilməsi ilə həyata keçiriləcək. Bu barədə Rusiya Hava Desant Qüvvələrinin və Qazaxıstandakı sülhməramlılar kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov bildirib.

“KTMT sülhməramlı qüvvələrinin tapşırıqlarını yerinə yetirdikdən sonra Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində sülhməramlı birləşmələrin Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə daimi dislokasiya məntəqələrinə texnika ilə qaytarılması təşkil olunacaq”, – general deyib.

Serdyukovun sözlərinə görə, hazırda KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin komandanlığı Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə sülhməramlılar tərəfindən qorunan obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına verilməsi planını hazırlayır. (İnterfax)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …