Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Kreml Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlamaq istəyinə münasibət bildirib

Kreml Türkiyənin İdlibdə hərbi əməliyyatlara başlamaq istəyinə münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, D. Peskov Türkiyənin Suriyaya qarşı mümkün hərbi əməliyyatlarını İdlibdə hadisələrin inkişafı baxımından ən pis ssenari adlandırıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı arasında telefon danışığı barədə konkret plan yoxdur, lakin bununla belə yaxın saatlarda prezidentlər arasında telefon danışığı baş tuta bilər.

“İdlibdən döyüşçülərin hücum hərəkəti başladıqdan sonra, Suriya üzrə razılaşmalar Rusiyanı artıq qane etmir. Rusiya İdlibdə vəziyyətin gərginləşməsinə yol verməmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdirəcək”, – deyə D. Peskov vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlarda nəticə əldə edilməyib. Rusiya XİN başçısı Moskvada aparılan danışıqlarda Rusiyanın Türkiyəyə qarşı yeni bir tələb irəli sürmədiyini də vurğulayıb.

“Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı Rusiya və Türkiyə arasındakı memorandumun şərtləri yerinə yetirilməlidir”, – deyə S. Lavrov qeyd edib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …