Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / “Koronavirusun müalicəsində elmi irəliləyiş əldə edilib” – ÜST rəhbəri

“Koronavirusun müalicəsində elmi irəliləyiş əldə edilib” – ÜST rəhbəri

Koronavirus xəstələrinin müalicəsində elmi irəliləyiş əldə edilib.

Azvision.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Qeyd edib ki, ingilis alimləri COVID-19 infeksiyasının müalicəsi üçün nəzərdə tutulmuş deksametazon dərmanının uğurlu klinik sınaqlarını başa vurublar.

“ÜST deksametazonun ağır COVID-19 xəstələrinin müalicəsində istifadəsi ilə bağlı ilkin nəticələri alqışlayır. Bu, oksigen və ya mexaniki ventilyasiya aparatı tələb edən COVİD-19 xəstələri arasında ölüm hallarının azaldığını göstərən ilk dərmandır.

Bu, əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini və insanların həyatını xilas edəcək bu elmi yeniliyə görə bir çox xəstəxana və xəstəni təbrik edirəm”.

Məlumata görə, deksametazon süni nəfəs aparatında olan koronavirus xəstələrinin 35 faiz ölüm riskini azaldır.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını pandemiya elan edib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …