Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Koronavirusun cənginə aldığı dünyaca məşhur futbolçular, siyasətçilər, ulduzlar… – Fotolar

Koronavirusun cənginə aldığı dünyaca məşhur futbolçular, siyasətçilər, ulduzlar… – Fotolar

Xəbər verildiyi kimi, ötən gün İtaliyanın “Atalanta” futbol klubunun qapıçısı Marko Sportyelloda da koronavirus tapılıb. Məlumata görə, 27 yaşlı futnoçunun testi müsbət nəticə verib və hazırda onun simptomları təhlükə törətmir. Beləliklə də Sportyello və komandanın digər futbolçuları karantinə alınıb. 

Qeyd edək ki, bundan əvvəl İtaliyada 17 futbolçunun koronavirusa yoluxma halı qeydə alınmışdı. Onların arasında məşhur futbolçu, “Yuventus” klubunun oyunçusu Daniel Ruqani də var. Futbolçuda koronavirus aşkar olunduqdan sonra o, klubu ilə əlaqə saxlayaraq İtaliyaya qayıtmayacağını və Portuqaliyanın Madeyra şəhərində qalacağını bildirib. 25 yaşlı müdafiəçi sosial şəbəkədə qeyd edib: “Hamını qaydalara hörmətlə yanaşmağa çağırıram. Çünki bu virus heç bir fərq qoymur. Bunu özümüz, yaxınlarımız və ətrafımız üçün edək”.

Bundan sonra bütün komanda üzvləri, o cümlədən Kriştiano Ronaldo da karantinə alınıb.

“Yuventus”un daha bir ulduz futbolçusu Paulo Dibalada da koronavirus aşkarlanıb. Bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat paylaşıb. Futbolçu qeyd edib: “Mən və sevgilimin analizlərinin nəticələri pozitiv çıxıb. Hazırda çox yaxşıyıq. Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm”.

Dünyaca məşhur futbolçulardan biri, “Yuventus”un daha bir fransalı futbolçusu Bleys Matuididə də koronavirus tapılıb. Virus testi pozitiv çıxan futbolçu qeyd edib: “Testimin cavabı pozitiv çıxıb. Zatən mən həmişə pozitiv düşünürdüm və bu gün də pozitivəm. Peşəkar futbolçu olaraq xüsusi müalicə alacam. Əgər futbolçu olmasaydım, yəqin ki, virusa yoluxduğumu anlamazdım”.

“Qalatasaray”ın baş bəşqçisi Fatim Terim və ikinci rəhbəri Abdurrahim Albayrakda da koronavirus aşkar edilib. Qeyd edək ki, Albayrakın xanımı Şükaran Albayrakın da test nəticəsi pozitiv çıxıb.

“Olimpiakos”un rəhbəri Evengelos Marinakisdə martın 10-da koronavirus aşkar edilmişdi. Martın 23-də onun tamamilə sağaldığı barədə məlumat yayılıb.

“Real Madrid”in keçmiş rəhbərlərindən olan Lorenzo Sanz koronavirusa yoluxan məşhurlar sırasındadır. Sanz koronavirusa qalib gələ bilməyərək, dünyasını dəyişib.

Koronavirusa yoluxanlar arasında digər idman növlərində ulduz olanlar da var. Bu siyahıda olimpiya çempionu, məşhur üzgüçü, Cənubi Afrikadandan olan Kameron van der Burqun adını çəkmək olar. İdmançı iki həftədir bu virusla mübarizə apardığını açıqlayıb.

Dünyanın bəlasına çevrilən koronavirus təkcə futbolçu və idmançıları deyil, dünyaca məşhur siyasətçiləri, sənətçiləri də öz cənginə alıb.

Beləliklə, siyasətçilərdən ilk olaraq Kanadanın baş naziri Kastin Trüdonun adını çəkmək olar. Baş nazirin həyat yoldaşı Sofi Qrequar Trüdonun da test nəticəsi pozitiv çıxıb.

Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirusa yoluxub. Artıq 15 günə yaxındır ki, müalicə alan nazirin hazırda vəziyyəti yaxşı olduğu bildirilir.

İngiltərə Səhiyyə nazirinin müavini Nadine Dorriesdə koronavirus tapılıb.

Avropa İttifaqı Parlamentinin prezidenti David də koronavirusa yoluxub.

Braziliyanın prezidenti Jair Bolsonaruda da koronavirusa yoluxub. Martın 13-də verilən məlumata görə prezidentin test nəticəsi pozitiv çıxıb. Daha sonra isə prezidentin mətbuat katibi Fabio Vaynqartendə də virus aşkar edilib.

Sənətçilərə gəldikdə isə ilk koronavirusa yoluxan ulduzlardan biri məşhur aktyor Tom Henksdir. Aktyorun həyat yoldaşı Rita Vilsonda da virus aşkar edilib. Qeyd edək ki, cürlük bu ilin yanvarın sonu Elvis Presli haqqında filmin çəkilişləri üçün Avstraliyaya gedib. Daha sonra aktyor və xanımı koronavirusa yoluxub.

Amerikalı aktyor Daniel De Kim də koronavirusa yoluxub. Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat yayıb. Aktyor ailəsini yoluxdurmamaq üçün hazırda evinin xüsusi hissəsində – təcrid edilmiş otaqda qaldığını bildirib.

Daniel eyni zamanda xəstəlikdən sağalmaqla bağlı təcrübəsini insanlarla bölüşəcəyini də qeyd edib.

Qeyd edək ki, Kim “Sağ qalmaq” serialı ilə məşhurlaşıb.

İspaniyalı aktyor İtziar İtuno sosial şəbəkədə koronavirusa yoluxduğunu açıqlamışdı. Aktrisa öz paylaşımında qeyd etmişdi: “Cümə günündən bəri qızdırma və quru öskürək kimi simptomlar var idi. Bu gün testin nəticələrini aldıq və məlum oldu ki, pozitivdir. Hazırda vəziyyətim həfifdir, lakin bu immuniteti zəif olan insanlar üçün çox təhlükəlidir. Bu virusa etinasız yanaşmayın. Həyatı təhlükədə olan nə qədər insan var. Koronavirusun daha nə qədər irəliləyəcəyini bilmirik. İndi mübaruzə aparmaq zamanıdır. Evdə qalın və başqalarını qoruyun!”

Britaniyalı aktyor İdris Elbaya da koronavirus diaqnozu qoyulub. 47 yaşlı aktyor da bu barədə sosial şəbəkədə məlumat paylaşaraq bildirmişdi ki, onda virusun heç bir simptomu olmasa da, martın 16-da onda koronavirus aşkarlanıb. İ.Elba insanları evdən bayıra çıxmamağa və praqmatik olmağa çağırıb.

Qeyd edək ki, İdris Elba əsas məşhurluğunu “28 həftə sonra” (2007), “RoknRolla” (2008), “Götürücülər” (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanıb.

Eləcə də tanınmış ukraynalı aktrisa və model Olqa Kurilenko koronavirusa infeksiyasına yoluxan məşhurlardan biridir. Ötən gün Olqa tamamilə sağaldığını və evdə oğlunun tərbiyəsi ilə məşğul olduğunu açıqlayıb. Musavat.com

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …