Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Dünya / Koronavirusun 3-cü dalğasının başladığı açıqlandı

Koronavirusun 3-cü dalğasının başladığı açıqlandı

Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.

“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, – o deyib.

Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi.

Həmçinin oxuyun

Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu

Ermənistanın “Razm.info” saytı ikinci Qarabağ müharibəsində öldürülmüş, lakin ölümləri qeydiyyata alınmamış hərbçilərin siyahısını açıqlayıb. “Report” …