Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Koronavirusdan ölənlərin sayı daha da artdı – Yenilənib

Koronavirusdan ölənlərin sayı daha da artdı – Yenilənib

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 479-a, bu virusa yoluxanların sayı isə 16,6 minə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Hökumət fevralın 4-də 3156 yeni yoluxma faktı aşkarlayıb. Yeni yoluxma faktlarının 1967-si əyalətin paytaxtı Uhan şəhərində qeydə alınıb.

4 fevrala olan məlumata əsasən, xəstəxanalardan 520 nəfər evə buraxılıb.

**

Çində koronavirusdan ölənlərin ümumi sayı 490-na, bu virusa yoluxanların sayı isə 24,3 minə çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …