Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / Koronavirusdan ən çox bu ölkələr itki verir – SİYAHI

Koronavirusdan ən çox bu ölkələr itki verir – SİYAHI

ABŞ dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerə çıxıb.

Bu barədə “Report” Birləşmiş Ştatlarda yerli və federal hakimiyyət orqanlarının, habelə dünyanın ayrı-ayrı ölkələrinin statistikasını aparan Con Hopkins Universitetinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ pandemiya qurbanlarının sayına görə İspaniyanı qabaqlayıb.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasından ölənlərin sayı 14 817 nəfər təşkil edir. İspaniyada isə 14 792 nəfər koronavirusun qurbanı olub.

Dünyada koronavirusdan ən çox insan İtaliyada vəfat edib. Bu ölkədə koronavirus qurbanlarının sayı 17 669 nəfərə çatıb.

Universitetin məlumatına görə, dünyada ümumilikdə 88 538 insan pandemiyadan ölüb. Siyahıda eləcə də Almaniya, Fransa, İran, Britaniya, Çin və digər ölkələrin adları var.

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Həmçinin oxuyun

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə …