Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Koronavirusa yoluxmuş Baş nazir xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxmuş Baş nazir xəstəxanaya yerləşdirildi

Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Virtualaz.org bildirir ki, bu barədə “Sky News” telekanalı xəbər yayıb.

Qeyd edilib ki, Baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir. Böyük ehtimalla, onun ağciyərlərini süni ventilyasiya aparatına qoşacaqlar.

Xatırladaq ki, Böyük Britaniyanın 55 yaşlı Baş naziri koronavirusa martın 27-də yoluxub. Hökumət başçısı o vaxt demişdi ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik”, – deyə Boris Conson onda vurğulamışdı.

Yeri gəlmişkən, onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası Xarici İşlər naziri Dominik Raaba verilməlidir.

Onu da qeyd edək ki, Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …