Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Koronavirusa yoluxma sayı sürətlə artır – STATİSTİKA

Koronavirusa yoluxma sayı sürətlə artır – STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 87 milyon 640 min 402 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 891 min 692 nəfərdir. İndiyədək 63 milyon 131 min 926 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 21 857 616 nəfər virusa yoluxub, 369 990 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 395 938 yoluxma qeydə alınıb. Onlardan 150 372 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 874 539 nəfərdə virus aşkar edilib. Xəstələrdən 199 043 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 308 601 yoluxma, 59 951 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 2 836 801 nəfər virusa yoluxub ki, onlardan 77 346-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …