Ana səhifə / Dünya / Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı

Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, virusa yoluxanlardan 897-si Çində qeydə alınıb. Onlardan 26 nəfəri dünyasını dəyişib.

Virusa ən çox yoluxma, eləcə də ölüm halları Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib.

Xatırladaq ki, Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Həmçinin oxuyun

800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

800 minə yaxın əfqan uşağın xəstəliyə və ya ölümə səbəb ola biləcək şaxtalarla üzləşdiyi üçün …