Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” – VİDEO

Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” – VİDEO

ABŞ-ın Tennessi ştatında reabilitasiya mərkəzində işləyən və COVID-19-a yoluxan tibb bacısı infeksiyanın onun səhhətinə təsiri barədə danışıb.

“Korrespondent”in məlumatına görə, bununla bağlı o, özünün “Facebook” hesabından video paylaşıb.

İnfeksiyanın onu boğduğunu deyən Şareka Uilyams xəstəliyi güllə yarasına bənzədib.

“Mənə heç vaxt atəş açılmayıb, ancaq belə görünür ki, bu xəstəlik güllədən pis yaralayır. Cəhənnəm əzabı çəkirəm”, – deyə qadın etiraf edib.

Tibb işçisinin sözlərinə görə, koronavirus infeksiyası səbəbindən o, çətinliklə yemək yeyə və hərəkət edə bilir, hər nəfəsalma ona dəhşətli ağrılar verir.

Uilyams insanları ehtiyat tədbirləri görməyə, o cümlədən məsafə saxlamağa, maska, əlcək kimi virusdan müdafiə vasitələrinə laqeyd yanaşmamağa çağırıb.

“Gecikməyin. Sizə, ailənizə və ya uşaqlarınıza dəyəcəyi vaxtı gözləməyin!”, – deyə, qadın müraciətini yekunlaşdırıb.

Həmçinin oxuyun

Paşinyanın atası: “Bu ölkədə oğlumdan daha…” — VİDEO

Ermənistanda sosial şəbəkə istifadəçiləri 2 il əvvəl baş nazir Nikol Paşinyanın atası Vova Paşinyanın  Rusiya …