Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Dünya / “Koronavirus pandemiyası 7 il davam edəcək” – Bloomberg

“Koronavirus pandemiyası 7 il davam edəcək” – Bloomberg

Koronavirus pandemiyasının sönməsi üçün Yer əhalisinin 75%-ni peyvəndləmək lazımdır, buna isə indiki templə yeddi il lazım olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” bildirir.
Agentliyin məlumatına görə, dünyada gündəlik olaraq “COVID-19”a qarşı 4,5 milyondan çox vaksin vurulur. Nəzərə alsaq ki, hər insana preparatın iki dozu vurulmalıdır, demək, planetin böyük hissəsinin peyvəndlənməsi üçün təxminən yeddi il lazım olacaq.
ABŞ-da bu proses 11 ay davam edəcək. Orada gün ərzində 1,3 milyon peyvənd vurulur. Problemin öhdəsindən daha yaxşı əhalisinin 21%-i vaksinasiya olunmuş İsrail (hər 100 nəfərə 58 doz) və Birləşmiş Ərəb Əmirlikləri (hər 100 nəfərə 35,8 doz) gəlir.
Qeyd olunur ki, bəzi ölkələrdə isə hələ də heç kim peyvənd olunmayıb. Koronavirusa qarşı vaksinin yayılması prosesi nə vaxtsa bəşəriyyət qarşısında duran ən mürəkkəb logistik məsələ olacaq.

Həmçinin oxuyun

Koçaryan parlament seçkilərinin nəticələrini tanımadı

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. …