Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Dünya / Komandası Lukaşenkoya qarşı- Belarus hadisələri ən kritik mərhələdə!

Komandası Lukaşenkoya qarşı- Belarus hadisələri ən kritik mərhələdə!

“Rusiya prezidenti Vladmir Putin Belarusda keçirilən prezident seçkilərinin legitimliyini tanıdı. Amma bu o demək deyil ki, mövzu qapandı, Lukaşenko 5 illik müddətinə prezident qalacaq, ölkədəki etiraz dalğası səngiyəcək”.

Bunu Regional Siyasi İnkişafı Mərkəzinin baş direktoru İlya Qraşenkov mk.ru-ya açıqlamasında deyib. O, Moskvadan verilən mühüm siyasi bəyanatın səbəblərindən və Belarusda hadisələrin mümkün inkişafı ssenarisindən danışıb.

Politoloq deyib ki, Rusiyanın seçkidə Lukaşenkonun qalib gəlməsini tanıması vacib qərardır. “Ancaq xarici ölkədə siyasət hər zaman daha çətin və təhlükəlidir. Bu səbəbdən də Moskvanın siyasəti çox balanslı və tədbirli olmalıdır”,- deyə, politoloq bildirib.

lukasenko-diyaloga-haziriz_c7630.jpg (58 KB)

Onun sözlərinə görə, zəifləmiş Lukaşenko rejimini dəstəkləmək həm rahat, həm də çətindir. “İndi Belarus prezidenti əvvəlki vaxtlardan daha yolagələn, amma eyni zamanda həm də gözlənilməz addımlar atmağa meyllidir. Hər an qərarlarını dəyişdirə bilər. Bundan əlavə, Lukaşenko həm ölkə daxilində, həm də xaricdə güclü təzyiq altındadır” deyən, politoloq bu sözlərlə hazırkı prezidentin mənəvi-psixoloji durumuna işarə edib.

İlya Qraşenkovun Lukaşenko hakimiyyəti ilə bağlı söylədikləri isə əsl sensasiya da sayıla bilər: “Belarusda hökumətlə bağlı ciddi problem var. Əslində iqtidarda meydana gələn “qara dəlik” ölkəni udmağa başlayır. Lukaşenko öz icra aparatına güvənmir. Lukaşenko da bir çox elitanın gözündə legitimliyini itirib”.

Politoloq Lukaşenkonun Rusiyadan hərbi dəstək istənməsini bu legitimliyi daha ciddi sual altına aldığını deyib.

Lukaşenkonun Rusiyanın Belarusla tezliklə elan etmək istədiyi birliyə tam inteqrasiya üçün verdiyi sözünə əməl edib-etməyəcəyinə gəlincə, politoloq deyib ki, prezident vədini yerinə yetirmək istəsə də, buna sadəcə, vaxtı yetməyə bilər: “Çünki ölkədə hələ də hakimiyyət çevrilişi mümkündür. Və bu baş verərsə, ölkədə həm Rusiyanın, həm də Avropa Birliyinin müdaxilə etməli olduğu genişmiqyaslı qarşıdurma olacaq”.

_113871531_062852527-1.jpg (33 KB)
Politoloq Belarusda barəsində çox danışılan Kiyevdəki Maydan hadisələrinin baş verə biləcəyinə isə inanmır. “Ümumiyyətlə Kiyevdəki Maydanın amili olan heç bir ilkin şərt yoxdur. Belarusda ölkəni idelolojilərə bölən “qərb və şərq” anlayışı yoxdur, nə Rusiyayönümlü, nə də Avropapərəst partiyalar var. Yaşlı insanlar Sovet İttifaqını xatırlayır, gənclər Avropaya tərəf baxırlar. Ancaq bu o demək deyil ki, “kim bizimlə deyilsə düşməndir”.

Qraşenkova görə, Lukaşenko ölkədə nifrət, düşmənçilik atmosfer yaratmaq niyyəti onun üçün çox pis nəticələnəcək. Münaqişənin istənilən qütbləşməsi və süni şəkildə gərginliyin artması məhz hakimiyyətin sonuna gətirib çıxaracaq.

Politoloq deyib ki, Lukaşenko dərhal kabinetini(nazirləri) və güc strukturlarını silkələməzsə, elitadan qopmalar olacaq, hətta bəzilərinin rəhbərə qarşı birləşməsi gözlənilir: “Beləliklə, Belarusda münaqişənin ən aktiv mərhələsi başlayır. Nəticə isə verilən qərarlardan asılı ola bilər. Lukaşenko əlinə silah almaqla sonadək getməyə hazır olduğunu göstərdi. Etirazçılar da dağılışmağa razı deyillər. Çoxları ümid edir ki, Lukaşenko referendum keçirəcək və yeni Milli Məclis seçəcək. Amma insanların mitinq və tətillər keçirdiyi bir ölkədə necə seçki keçirmək olar? Bu o deməkdir ki, kimsə güc tətbiq etməlidir. Amma bunun necə başa çatacağı cavabsız sualdır…”. Musavat.com

Həmçinin oxuyun

Məsud Yılmazdan pis xəbər: Ümidlər tükəndi

Türkiyənin sabiq baş naziri Məsud Yılmazın vəziyyəti kəskin ağırlaşıb. Axar.az xəbər verir ki, bunu CHP sədrinin …