Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Kömək etmək əvəzinə dostlarının ölümünü kameraya çəkdilər – VİDEO

Kömək etmək əvəzinə dostlarının ölümünü kameraya çəkdilər – VİDEO

Çayda üzməyə gedən bir qrup gənc boğulan dostlarına kömək etmək əvəzinə onu kameraya çəkiblər.

“Uniland”ın məlumatına görə, hadisə Hindistanın Karnataka ştatında baş verib.

Bildirilib ki, 19 yaşlı Cəfər Əyyub iki dostu ilə birlikdə çimməyə yollanıb. Onlar öz əyləncələrini kameraya çəkmək qərarına gəliblər.

Kadrlardan görünür ki, Əyyub çaya tullanır, bir az üzdükdən sonra sahilə tərəf yönəlir, lakin quruya çıxa bilmir. Dostlardan biri həyatı uğrunda mübarizə aparan gəncə əvvəlcə əlini uzatsa da, sonradan nədənsə geri çəkir və Əyyub dostlarının və yaxınlıqda duran digər qadınların gözü qarşısında batır. Heç kim ona köməyə gəlmir, dostu isə kameraya çəkməyə davam edir.

Şahidlər gənc artıq çayda gözdən itəndən sonra həyəcan təbili çalırlar. Gənc çayın dibindən çıxarılır, lakin o, həmin vaxt artıq ölmüşdü.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar. /oxu.az

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …