Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Dünya / Kolumbiya əsgərləri 9 kriminal dissidenti öldürüblər

Kolumbiya əsgərləri 9 kriminal dissidenti öldürüblər

Kolumbiya ordusunun ölkədəki İnqilab Silahlı Qüvvələr (FARC) adlı hərəkatın keçmiş liderlərinə qarşı keçirdiyi əməliyyatlarda 9 kriminal dissident öldürülüb. AZƏRTAC Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, bu, 2016-cı ildə hökumətlə hərəkat arasında imzalanmış barışıq sazişindən sonra təşkil edilən ilk hərbi əməliyyatdır.

Kolumbiya Prezidenti İvan Duqe bildirib ki, avqustun 30-da ölkənin cənubunda İnqilab Silahlı Qüvvələrinin keçmiş liderlərinə, xüsusən Gildardo Cuço adlı qiyamçıya qarşı hərbi əməliyyat keçirilməsi əmirini verib. Onun sözlərinə görə, FARC-ın komandiri Lusiano Marin imzalanmış sazişə ziddi olaraq ətrafında yeni silahlılar toplayır və ölkənin cənubunda yeni qiyama hazırlıq görür. Prezident əlavə edib ki, öldürülən dissidentlər, o cümlədən Gildardo Cuço bu silahlı dəstənin təşkili ilə məşğul olublar.

Kolumbiyanın dövlət başçısı vurğulayıb ki, kriminal qrupun üzvləri narkotik alveri, adam oğurluğu, sosial hərəkat pərdəsi altında quldurluqla məşğul olmaq üçün yeni silahlı dəstə yaratmaq üçün hazırlıq görüblər. O, öldürülən şəxsləri “narko-terrorçu bandanın” üzvləri adlandırıb. İvan Duqe əlavə edib ki, hərbi əməliyyat ölkədə kriminal ab-hava yaratmaq istəyənlərə verilən güclü siqnaldır.

Ölkənin Müdafiə naziri Quillermo Botero da kriminal qruplaşmaları silahları yerə qoymağa çağırıb və əlavə edib ki, əks halda onlar məhv ediləcək.

Xatırladaq ki, 2016-cı ildə imzalanmış sazişdən sonra FARC-ın 700 döyüşçüsü tərksilah edilib. On illər ərzində davam edən döyüşlərdə isə hər iki tərəfdən 260 mindən çox insan öldürülüb.

Həmçinin oxuyun

COVID-19 qurbanlarının sayı 960 mini keçib

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir. “Worldometers” portalı xəbər …