Sosial şəbəkədə biz:

Köçəryana yaxın Erməni deputat mandatından imtina etdi e

Köçəryana yaxın Erməni deputat mandatından imtina etdi e

“Deputat mandatımdan imtina etmək qərarına gəldim. Qərarım partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etmiş Andranik Tevanyanın başçılıq etdiyi “Ana Ermənistan”ın üzvü olmağımla bağlıdır”. 

Ermənistan parlamentindəki Robert Koçaryanın nəzarətində olan “Ermənistan” blokunun üzvü, deputat Areqnaz Manukyanın yaydığı bəyanatda belə deyilir.

Deputat hazırda parlamentdə təmsil olunmayan müxalif "Ana Ermənistan” partiyasının ideyalarını tam şəkildə bölüşdüyünü bildirib: “Bu təşkilatda mənim çoxlu dostlarım var və mənim “Ana Ermənistan” partiyasına üzv olmağım tamamilə məntiqlidir. Bu işdə deputatlıqdan istefa verməyim tamamilə insan və siyasi etika qaydalarına və məntiqinə uyğundur. Bütün həqiqi müxalifət qüvvələrinə səmərəli iş və qələbə arzulayıram”.

“AzPolitika.info”


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol