Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / “Koçaryan Qarabağda dar ağacından asılmalıdır” – Deputat

“Koçaryan Qarabağda dar ağacından asılmalıdır” – Deputat

“Ermənistanın keçmiş prezidenti Robert Koçaryan əslində Azərbaycanada həbs edilməli, Azərbaycan məhkəməsi qarşısında vətənə xəyanətə, Xocalı faciəsinə, torpaqlarımızın işğalına görə qanun qarşısında cavab verməli idi”
Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə deyib.

YAP rəsmisi hesab edir ki, Koçaryanın cəzası Qarabağda dar ağacından asılmaq olmalı idi: “Ancaq bununla belə digər işə görə olsa da, bu cəllad artıq həbsdədir. Ədalətin öz qaydaları var, cəza gec də olsa cinayətkarı tapır, onun yerini göstərir”.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan bu gün həbs olunub.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …