Cümə , Fevral 26 2021
Ana səhifə / Dünya / Koçaryan erkən seçkilərdə iştirak edəcək

Koçaryan erkən seçkilərdə iştirak edəcək

Ermənistanın ikinci prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.

Bu barədə Koçaryan yerli KİV-lərə müsahibəsində deyib.

“Erkən seçkilər keçirilsə, düşünürəm ki, iştirak etmək doğru olar. Komandamla seçkilərdə iştirak edəcəyəm və qalib gələcəyik”, – deyə sabiq prezident vurğulayıb.

O, yaz aylarında etiraz dalğasının daha da böyüyəcəyini bəyan edib. Qeyd edib ki, hakimiyyət müxalifətin əvvəldən siyasi mübarizə metodlarını seçdiyinə görə sevinməlidir.

Koçaryan hesab edir ki, erməni cəmiyyətində 200-300 min radikal əhvala köklənmiş insan var. İkinci inqilab ölkə üçün problemli olacaq:

“Ancaq hakimiyyətin siyasi yolla dəyişdirilməsinə ümid tükənsə, yazda insanlar yenidən küçələrə axışacaq və etiraz dalğası əvvəlkindən daha güclü olacaq”. Azvision.az

Həmçinin oxuyun

Putin Paşinyan görüşü iki ölkə arasında qalmaqala çevrildi

Ermənistan hakimiyyətinin Paşinyanla Putin arasında baş tutan telefon danışığndan sonra verdiyi açıqlama iki ölkə arasında …