Ana səhifə / Dünya / Koçaryan azadlığa buraxıldı

Koçaryan azadlığa buraxıldı

Yerevan məhkəməsi bu gün Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. 

Bununla bağlı “Sputnik Ermənistan” məlumat yayıb. 

Qərar hakim David Qriqoryan tərəfindən çıxarılıb. 

Xatırladaq ki, 26 iyul 2018-ci ildə Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart (2008-ci il) hadisələri zamanı aksiya iştirakçılarının dağıdılması ilə bağlı iş üzrə Koçaryanı rəsmi qaydada konstitusiya  quruluşunu pozmaqda ittiham edib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …